Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Rayonumuzda cudo və nərd üzrə yarışlar keçirilib

0



  •         22.07.2017-ci il tarixdə Xocalı rayon Gənclər və İdman idarəsi və Goranboy rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 4 saylı tam orta məktəbin idman zalında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə cudo üzrə açıq rayon birinciliyi keçirilmişdir. Yarışda 15 rayondan 100-dən çox idmançı iştirak etmişdir. Qaliblər medal və Fəxri Fərmanlarla təltif olunmuşdur.
            28.07.2017-ci il tarixdə Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində 25 yaşdan yuxarı kişilər arasında asudə vaxtın səmərəli keçməsi üçün nərd turniri keçirilmişdir. Turnirdə I yerə Xocalı şəhər sakini Bəşirov Şükür İfrat oğlu, II yerə Xankəndi şəhər sakini Hümbətov Rüstəm Yaqub oğlu, III yerə isə Xocalı şəhər sakini Mahmudov Fazil Bəxtiyar oğlu layiq görülmüşdür. Qaliblər Gənclər və İdman idarəsinin Fəxri Fərmanları və qiymətli hədiyyələri mükafatlandırılmışdır.
            Keçirilən yarışlarda çıxış edən Xocalı rayon Gənclər və İdman idarəsinin rəisi Elməddin Bağırov ölkəmizdə keçirilən mötəbər idman yarışlarından, Cənab Prezidentimiz İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan söhbət açmışdır.























    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib37 dəfə
    Rayonumuzda cudo nərd üzrə yarışlar keçirilib

    Maraqlı gələ bilər
    48
    42
    390
    158